Yüklənir...

Only Speaking

Müddət 3 ay
Dərslər 24 dərs
Sertifikat Bəli
Format Onlayn & Oflayn

Bu kurs haqqında

Only Speaking Dərslər

Speaking-Only dərslərimiz xüsusi olaraq danışıq bacarıqlarını inkişaf etdirmək və real ünsiyyətdə daha inamlı olmaq istəyənlər üçün hazırlanıb.

Bu dərslər qrammatika və söz ehtiyatı üzrə müəyyən bazası olan, lakin sərbəst danışmaqda, tez reaksiya verməkdə və fikirlərini təbii şəkildə ifadə etməkdə çətinlik çəkən tələbələr üçün xüsusilə uyğundur.

Əsas məqsəd tələbənin daha çox danışması, ingiliscə daha rahat düşünməsi və gündəlik və ya peşəkar ünsiyyətdə daha sərbəst olmasıdır.

Dərslər əsasən danışıq, istiqamətləndirilmiş tapşırıqlar, rol oyunları, müzakirə sualları və real həyat situasiyaları üzərində qurulur. Müəllim dərs boyunca düzəliş, lüğət dəstəyi və danışıq üzrə rəy verir, bu da həm axıcılığı, həm də düzgünlüyü inkişaf etdirməyə kömək edir.

Bu format müsahibəyə hazırlaşan, səyahət, iş ünsiyyəti və ya klassik dərslərdən əlavə daha çox danışıq təcrübəsi istəyənlər üçün xüsusilə faydalıdır.